“Torpedo” klubunun həmtəsisçisi günahını etiraf etdi

İdman

07.10.2025 11:26

Moskvanın “Torpedo” klubunun həmtəsisçisi Leonid Sobolev hakimlərin ələ alınması ilə bağlı iş üzrə öz günahını etiraf edib. 

TodayPress TV xəbər verir ki, bu barədə TASS agentliyi istintaq materiallarına istinadən məlumat yayıb.

“Müttəhim Sobolev cinayətin araşdırılmasında istintaqa fəal şəkildə kömək edir, etirafedici ifadələr verir”, - sənəddə qeyd olunur.

Sobolev və klubun direktoru Valeri Skorodumov hakimlərin rüşvətə cəlb edilməsində ittiham olunur. İstintaqın versiyasına görə, 2025-ci ilin mart–may aylarında onlar “Torpedo”nun oyunlarında qələbəni təmin etmək, rəqib qapısına penalti təyin olunması və ya rəqib oyunçunun meydandan qovulması üçün baş hakimə 1 milyon rubl məbləğində pul təklif ediblər.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün başlanğıcından əvvəl “Torpedo”nun Rusiya Premyer Liqasına yüksəlməsinə baxmayaraq, klub yenidən “Pari” Liqasına endirilib. Hazırda komanda turnir cədvəlində sondan birincidir. 13 oyunda 9 xal toplayan Moskva təmsilçisi 17-ci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Leonid Sobolev,Klub,Rəhbər,Həbs,Todaypress.tv,