Emreli icarəyə göndərilə bilər

İdman

07.10.2025 17:36

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin “Kayzerslautern”də işləri qaydasında getmir.

TodayPress TV Apasport.az saytına istinadən xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Torsten Libernextin Mahirlə münasibəti qaydasında deyil və o, azərbaycanlı futbolçuya güvənmir.

Vəziyyət bu cür davam edəcəyi təqdirdə, forvardın komandasını dəyişmək ehtimalı ortaya çıxa bilər. Futbolçunun meneceri onun üçün icarə əsasında oynaya biləcəyi klub tapmağa çalışacaq.

Mahir Emreli oyun praktikasından əziyyət çəkməmək üçün, daimi oynaya biləcəyi komandaya keçmək istəyir. Bunun qışda reallaşa biləcəyi ehtimal edilir.

Qeyd edək ki, hücumçunun “Kayzerslautern” klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, cari mövsüm Almaniya II Bundesliqasında cəmi 3 matça çıxıb. 

Namiq HUN

TodayPress TV

tag: Mahir Emreli,Kayzerslautern,Klub,Transfer,Todaypress.tv,