Müller "Bavariya" ilə vidalaşdı
İdman
06.07.2025 09:25
Münhen "Bavariya"sı Klublararası dünya çempionatının 1/4 final mərhələsində PSJ ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Todaypress TV xəbər verir ki, bu qarşılaşma Tomas Müllerin “Bavariya”nın heyətində 756-cı və son oyunu olub. 35 yaşlı yarımmüdafiəçi qarşıdakı günlərdə klubu azad agent kimi tərk edəcək.
Müller "Bavariya"nın yetirməsidir. O, 2000-ci ildə klubun akademiyasına qoşulub, 2007-ci ildə isə əsas komandada debüt edib. Uzun illər "Bavariya"ya sadiq qalan futbolçu klubla bir sıra böyük nailiyyətlərə imza atıb:
13 dəfə Bundesliqa çempionu
6 dəfə Almaniya kubokunun qalibi
8 dəfə Almaniya Superkubokunun sahibi
2 dəfə UEFA Çempionlar Liqası qalibi
2 dəfə UEFA Superkuboku qalibi
2 dəfə Klublararası dünya çempionatının qalibi
tag: Bavariya,Müller,Futbol,PSJ,Todaypress.tv,