Salah Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusu elan olunub.
TodayPress TV xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti sosial şəbəkə “X”də məlumat yayıb.
32 yaşlı misirli forvard cari mövsümdə Premyer Liqada 37 oyunda iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Salah uğurlu çıxışı ilə komandasının çempionluğuna töhfə verib.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 400 oyuna çıxıb, 244 qol vurub və 113 assistlə yadda qalıb.
Forvardın mersisaydlılarla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında Salahın bazar dəyəri 55 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Salah ,Liverpul, İngiltərə ,Futbol,Todaypress.tv,