Kanada klubu yenə Stenli Kubokuna qovuşa bilmədi

İdman

18.06.2025 09:15

ABŞ Milli Hokkey Liqasında (NHL) növbəti final seriyası başa çatıb.

TodayPress TV xəbər verir ki, Florida ştatının Sanrayz şəhərində yerləşən “Amerant Bank Arena”da keçirilən altıncı oyunda “Florida Panters” komandası “Edmonton Oylers” üzərində 5:1 hesablı qələbə qazanaraq seriyada ümumi hesabla 4:2 üstünlüyə yiyələnib Stenli Kubokunun sahibi olub.

Bu qələbə ilə “Florida Panters” çempionluq titulu qoruyub. Həlledici oyunun qəhrəmanı isə het-trik müəllifi olmuş Sem Reynxart olub.

Kanada komandasının Stenli Kubokunu qazanmaq istəyi növbəti dəfə boşa çıxıb. “Edmonton Oylers”in məğlubiyyəti ilə kanadalı klublar bu titula 32 ildir sahib çıxa bilmir. Sonuncu dəfə bu uğura 1993-cü ildə “Monreal Kanadaiens” nail olub. O zaman klub finalda “Los-Anceles Kinqs”ə qalib gəlib (4:1).

O vaxtdan bəri kanadalı klublar səkkiz dəfə finala yüksəlsələr də, hamısında uduzublar:

1994 – “Vankuver Kanaks” – “Nyu-York Reyncers” (3:4)

2004 – “Kalgari Fleymz” – “Tampa Bey Laytning” (3:4)

2006 – “Edmonton” – “Karolina Harrikeyns” (3:4)

2007 – “Ottava Senatorz” – “Anahaym Daks” (1:4)

2011 – “Vankuver” – “Boston Bryuins” (3:4)

2021 – “Monreal” – “Tampa” (1:4)

2024 – “Edmonton” – “Florida” (3:4)

2025 – “Edmonton” – “Florida” (2:4)

Kanadanın ənənəvi hokkey gücü sayılan klubları üçün Stenli Kuboku hələlik əlçatmaz olaraq qalır.

Namiq HUN

tag: ABŞ,İdman,Milli Hokkey Liqası,Florida Panters,Todaypress.tv,