“Roma” Dovbiki transferə çıxartdı
İdman
14.06.2025 12:15
Ukraynalı hücumçu Artyom Dovbik yay transfer dövründə “Roma”dan ayrılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Calcio in Pillole” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Roma”nın yeni baş məşqçisi Can Pyero Qasperini futbolçunu komandada görmək istəmir.
Dovbik artıq transferə çıxarılıb. İtaliyalı mütəxəssis hücumçularının daha çox pressinq edən, mobil və oyun ərzində aktiv hərəkət edən oyunçular olmasını istəyir. Bu xüsusiyyətlərin Dovbikdə kifayət qədər olmaması onun komandada yerini itirməsinə səbəb olub.
Artıq Bundesliga və Premyer Liqa klubları ilə ilkin danışıqların aparıldığı bildirilir.
Qeyd edək ki, Artyom Dovbik son mövsüm A Seriyasında “Roma”nın heyətində 32 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Roma,Klub,Artyom Dovbik,Transfer,Todaypress.tv,