“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə çempion olan “Liverpul” klubunun azarkeşləri qələbəni qeyd edərkən faciəvi hadisə baş verib.
TodayPress TV BBC-yə istinadən xəbər verir ki, çempionluğun qeyd edildiyi zamanı avtomobil izdihama çırpılıb.
Hadisədən dərhal sonra şəhərin mərkəzinə çoxlu sayda təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı 53 yaşlı bir kişi saxlanılıb.
Onun Liverpuldan yerli sakin olduğu bildirilir.
Şimal-Qərb təcili yardım xidməti 27 nəfərin xəstəxanaya aparıldığını, yaralılardan ikisinin, o cümlədən bir uşağın ağır xəsarət aldığı bildirilib.
Bundan əlavə, 20 xəstəyə hadisə yerində tibbi yardım göstərilib. Ümumilikdə 4 uşaq xəsarət alıb.
Xatırladaq ki, “Liverpul” aprelin 27-də “Tottenhem” üzərində 5:1 hesablı qələbə qazanaraq vaxtından əvvəl çempionluğu təmin edib.
“Qırmızılar” bu uğurla “Arsenal” və “Mançester Siti”ni geridə qoyub.
Qeyd edək ki, klubun qarşıdakı yoldaşlıq oyunları sırasında iyulun 7-də “Milan”la, elə həmin ayın 30-da isə Yaponiyanın “Yokohama” klubu ilə matçlar yer alır.
Namiq HUN
tag: Liverpul,Azarkeş,Faciə,Maşın,Todaypress.tv,

