Rocer Federer: “Parisdə Alkaras, Sinner və gözəl tennis qalib gəldi”
İdman
09.06.2025 17:00
Tennis üzrə “Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi olan, keçmiş dünya birincisi Rocer Federer “Roland Garros”un dramatik finalına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, açıq Fransa çempionatının finalında ispaniyalı Karlos Alkaras italyalı rəqibi Yannik Sinner üzərində 4:6, 6:7 (4:7), 6:4, 7:6 (7:3), 7:6 (10:2) hesabları ilə tarixi qələbə qazanıb.
Federer bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb:
“Bu gün Parisdə üç qalib var: Karlos, Yannik və gözəl tennis. Nə oyun idi!”
Qeyd edək ki, Paris qarşılaşması “Roland Garros” tarixində ən uzun davam edən final oyunu olub. 5 saat 29 dəqiqə davam edən final “Böyük Dəbilqə” turnirlərinin tarixində də ən uzun oyunlardan biri kimi yadda qalıb.
Namiq HUN
tag: Tennis,Rocer Federer,Yannik Sinner ,Karlos Alkaras ,Todaypress.tv,