"Yuventus" Yıldızı "Çelsi"yə satmaqdan imtina etdi
İdman
25.07.2025 19:30
İtaliyanın "Yuventus" klubu yarımmüdafiəçi Kənan Yıldız üçün "Çelsi"dən daxil olan təklifə rədd cavabı verib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, London klubu 20 yaşlı türkiyəli futbolçunun transferi üçün 65–68 milyon avro ödəməyə hazır idi. Lakin Turin təmsilçisi Yıldızı satmaq niyyətində deyil.
Xatırladaq ki, Kənan Yıldız 2022-ci ilin yayında "Bavariya"dan "Yuventus"a azad agent statusu ilə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/25 mövsümündə gənc futbolçu 52 oyunda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı Kənan Yıldızın cari bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Töhfə Səməd
tag: İtaliya,Yuventus,Kənan Yıldız,Çelsi,Todaypress.tv,