Rafael Nadal: “Son il ərzində tennis bir az çox oldu”
İspaniyalı əfsanəvi tennisçi, “Böyük Dəbilqə" seriyalı turnirlərin 22 qat qalibi olan Rafael Nadal idman karyerasının son mövsümünü dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın nüfuzlu L'Équipe nəşri məlumat yayıb.
“Bəlkə də, son ildə tennis bir az çox oldu. Çünki bədənim mənə xoşladığım səviyyədə rəqabət aparmağa imkan vermirdi. Amma mən bunun belə olacağını təxmin etmirdim” deyə Nadal bildirib.
38 yaşlı tennisçi peşəkar idmançı karyerasını ötən il başa vurub.
Rafael Nadal tennisdə son görüşünü 2024-cü ilin noyabrında İspaniya millisinin heyətində Devis Kuboku uğrunda turnirda keçirib və Niderland təmsilçisi Botik van de Zandshulpa 4:6, 4:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Nadal tennis tarixinin ən uğurlu oyunçulardan biri sayılır. O, 209 həftə ATP reytinqində lider olub.
Təcrübəli tennisçi Açıq Fransa Çempionatını 14 dəfə qazanmaqla “Böyük Dəbilqə” seriyalı turnirdə fərdi yarışlarda rekord müəyyən edib.
Namiq HUN
tag: Rafael Nadal,Tennis,Əfsanə,Karyera,Todaypress.tv,