Vinisiusdan səmimi paylaşım
İdman
29.10.2025 17:05
Madrid “Real”ının hücumçusu Vinisius Junior “El-Klassiko”da əvəzlənməsinə verdiyi emosional reaksiyaya görə üzr istəyib.
TodayPress TV xəbər verir ki, braziliyalı futbolçu La Liqanın X turunda “Barselona” ilə oyunun 72-ci dəqiqəsində meydanı tərk edib.
Vinisius bu barədə sosial şəbəkədə yazıb:
“Bu gün ‘El Klassiko’dakı əvəzlənməmə verdiyim reaksiyaya görə bütün madridlilərdən üzr istəyirəm. Bu səhər məşq zamanı komanda yoldaşlarımdan, klubdan və prezidentdən şəxsən üzr istədim, amma bunu bir daha ictimai şəkildə də demək istəyirəm. Bəzən hisslər üstün gəlir, çünki mən hər zaman qalib gəlmək və komandama kömək etmək istəyirəm.
Mənim yarış ruhum bu klub və onun dəyərlərinə olan sevgimdən qaynaqlanır. Söz verirəm ki, “Real” üçün hər saniyə sonadək mübarizə aparmağa davam edəcəyəm, necə ki, bunu klubdakı ilk günümdən etibarən etmişəm”.
Namiq HUN
tag: Vinisius Junior,səmimi paylaşım,Real Madrid,Futbol,Todaypress.tv,
 
        
 
                                ![Rusiyada [[yeddi futbolçu]] zəhərləndi](/uploads/news/68bffafecde53.webp) 
                                             
                                            ![[[Naxçıvanın voleybol]] komandası ölkə çempionu oldu](/uploads/news/683dd818a854b.webp) 
                                            ![İtaliya yığması [[Qattuzoya]] tapşırılacaq](/uploads/news/684c7ef8d7d51.webp) 
                                            ![[[MDB Oyunları:]] Beş azərbaycanlı samboçunun qızıl şansı](/uploads/news/68da670de494d.webp) 
                                            ![[[MDB Oyunları:]] 7 boksçumuz bürünc medalı təmin etdi](/uploads/news/68dcb9fc21926.webp) 
                                            ![[[İslam Maxaçev:]] “Məni yolumda inancım aparır, pul yox”](/uploads/news/685b9f276720e.webp) 
                                            ![Simonovun [[Avropa çempionatı]] medallarına əli çatmadı](/uploads/news/683a9a4e8a87b.webp) 
                                            ![Azərbaycan atıcısı Avropa Kubokunda [[iki gümüş medal]] qazandı](/uploads/news/687dcdd786333.webp) 
                                            ![Boksçumuz [[gümüş medal]] qazandı](/uploads/news/688e3659a2144.webp) 
                                            