Militao “Real”ın heyətinə qayıdır

İdman

28.06.2025 10:29

“Real Madrid” klubunda çıxış edən mərkəz müdafiəçisi Eder Militao uzun fasilədən sonra yenidən heyətdə yer alacaq.  

TodayPress TV Marca nəşrinə istinadən xəbər verir ki. braziliyalı futbolçu iyulun 1-də “Yuventus”a qarşı keçiriləcək Klub Dünya Çempionatının 1/8 final matçının iştirak ərizəsinə salınacaq.

“Kral klubu”nun məşqçilər korpusu 27 yaşlı futbolçunu matçın gedişatından asılı olaraq bir neçə dəqiqəlik meydana buraxmağı planlaşdırır. “Real”ın yeni baş məşqçisi Xabi Alonso Militaonu komandanın ən universal müdafiəçilərindən biri hesab edir və onun üzərində ciddi şəkildə plan qurur.

Qeyd edək ki, Eder Militao 2024-cü ilin noyabrında ön çarpaz bağlarını ikinci dəfə qoparıb və həmin vaxtdan bəri heç bir rəsmi oyunda iştirak etməyib. 

Namiq HUN

tag: Real Madrid,Eder Militao,Oyun,Klub,Todaypress.tv,