Özbəkistan millisinin futbolçularına fəxri ad verildi
İdman
07.06.2025 11:00
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkə millisinin futbolçularına və baş məşqçisinə 2026-cı il dünya çempionatının final mərhələsinə ilk tarixi vəsiqə qazandıqlarına görə “Özbəkistanın qüruru” fəxri adını verib.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında fərman dərc olunub.
Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov “Fədakar xidmətə görə” ordeni ilə təltif olunub. Məşqçilər heyətinin bir neçə üzvü isə “Dostluq” ordeninə layiq görülüb.
Qeyd edək ki, “Özbəkistanın qüruru” fəxri adı adətən beynəlxalq miqyasda böyük nailiyyətlər qazanan idmançılara verilir.
Xatırladaq ki, Özbəkistan yığması DÇ-2026-nın seçmə mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə qolsuz heç-heçə (0:0) oynayaraq tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib. Turnir Kanada, ABŞ və Meksikada keçiriləcək.
Namiq HUN
tag: Özbəkistan,Futbol,Fəxri Ad,Klub,Todaypress.tv,