Avropa cüdoçuları Almaniyaya toplaşırlar

İdman

20.06.2025 09:33

Almaniyada cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

TodayPress TV xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 21–22 iyun tarixlərində Berlin şəhərində reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

-60 kq

Nihad Məmişov

Fərid Qarayev

-66 kq

Məhəmməd Musayev 

Nizami İmranov

-73 kq

Mehdi Cəfərov 

Əbil Yusubov

Nihad Yəhyayev

Abdurrahman Səbzəliyev 

-81 kq

Cəsur İbadlı

Süleyman Şükürov

Mehdi Abbasov 

-90 kq

Əli Qaziməmmədov

Tuncay Şamil 

Aslan Kotsoyev

-100 kq

Davud Namazlı 

+100 kq

Eldar Əliyev

Ramazan Əhmədov

Eyd edək ki, turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qələbə uğrunda mübarizə aparacaq.

Namiq HUN

tag: Cüdo,Azərbaycan,Almaniya,Turnir,Todaypress.tv,