“Barselona”nın İdman Direktoru Yamaldan danışdı
İdman
10.06.2025 16:37
“Barselona” klubunun idman direktoru Deku 17 yaşlı hücumçu Lamin Yamalın yeni müqaviləsi və maliyyə şərtləri ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, ispan futbolçu ildə təxminən 15 milyon avro qazanır.
Deku mediada yayılan məlumatlara münasibət bildirib:
“Lamin Yamal - bir neçə ildə bir dəfə ortaya çıxan oyunçudur. O, yalnız ustalığa malik deyil, həm də yaşına görə böyük yetkinlik nümayiş etdirir. Yeni müqavilə? Lamin 17, 27, yoxsa 30 yaşında olmasının fərqi yoxdur. Hamıya eyni hörməti göstərməliyik. Oyunçu müqaviləsini yeniləyir və klub üçün təqdim etdiyi performansa görə qiymətləndirilir. Onun neçə yaşında olması önəmli deyil, əsas odur ki, necə oynayır. Mən hesab edirəm ki, Lamin Yamal düşdüyü bu, və ya digər vəziyyəti aşmaq üçün zəruri zehni bacarıqlara sahib olduğunu göstərib”.
Qeyd edək ki, Lamin Yamal “Barselona” klubunun yetirməsidir. O, 2024/2025 mövsümündə bütün turnirlərdə 55 oyunda iştirak edərək 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya təmsilçisi ilə mövcud əmək müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Namiq HUN
tag: Barselona,Lamin Yamal,Klub,Futbolçu,Todaypress.tv,