“Nyukasl”da İsakla bağlı qalmaqal davam edir

İdman

15.08.2025 16:58

“Nyukasl” klubunun baş məşqçisi Eddi Hau, hücumçu Aleksander İsakın komanda məşqlərinə qatılmaması və oyunlarda iştirakdan imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

TodayPress TV xəbər verir ki, isveçli futbolçu “Liverpul”a keçmək istəyir, lakin “Nyukasl” onu buraxmaq niyyətində deyil.

“Bütün diqqətim məşqlərə, “Aston Villa” ilə oyuna hazırlığa və yeni transferlərə yönəlib. Aleksanderin vəziyyəti bir müddətdir dəyişmir və bu gün də eyni qalır.

Onunla münasibətlərimiz həmişə yaxşı olub. Hər bir oyunçu ilə əməkdaşlıq münasibətini qorumaq vacibdir. Mən futbolçularla yaxından işləməli, onları inkişaf etdirməli, öyrətməli, bəzən də təsəlli verməliyəm. Futbolçular çoxlu müxtəlif emosiyalar yaşayır və mən həmişə onların yanında olmaq istəyirəm.

İnanmıram ki, İsak hazırkı uğurlarına bizim komanda, onun həmkarları, azarkeşlər və “Nyukasl”ın dəstəyi olmadan çata bilərdi. O da bunu qəbul edir. O, ağıllı insandır və uğurlarında “Nyukasl”ın rolunu yaxşı bilir”, - deyə Eddi Hau klubun rəsmi saytına açıqlamasında bildirib.

Namiq HUN

tag: Nyukasl,Aleksandr İsak,Qalmaqal,Klub,Todaypress.tv,