NBA çempionu: “Lebron oynamaqdan bezib”

İdman

16.05.2025 10:55

6

2021-ci ildə “Miluoki Baks” klubu ilə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olan sabiq oyun qurucusu Ceff Tiq, “Los-Anceles Leykers”in lideri Lebron Ceymsin yaxın zamanda peşəkar karyerasını bitirə biləcəyini ehtimal edir.   

TodayPress TV xəbər verir ki, Tiq bu fikrini “Club 520” podkastında səsləndirib: 

“O, sanki artıq oynamaqdan bezdiyini hiss etdirir. Elə ifadələr işlədir ki, məsələn: ‘İşi gənclərə ötürürəm’.” 

Xatırladaq ki, “Los-Anceles Leykers” cari mövsüm pley-off mərhələsinin ilk raundunda “Minnesota Timbervulvz”a 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Lebron Ceyms beş oyunda orta hesabla 25,4 xal toplayıb, 9 ribaund və 5,6 məhsuldar ötürmə edib. 

NBA tarixində ən çox xal toplayan oyunçu olan Lebron Ceymsin gələcəyi ilə bağlı qərarı basketbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir.   

Namiq HUN

tag: Lebron, Karyera, Los Anceles, Şimali Amerika, Liqa, todaypress.az,