“Mançester Yunayted” isveçli forvarda elçi düşdü

İdman

06.06.2025 13:30

“Mançester Yunayted” klubu Lissabon “Sportinq”inin hücumçusu Viktor Gyökereşi heyətinə qatmaq istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist və transfer insayderi Nikolo Skira sosial şəbəkə “X”da məlumat yayıb.

İsveçli forvardın transferi 65 milyon avroya başa gələ bilər. 

Gyökereşin xidmətində daha əvvəl “Arsenal” klubu da maraqlı idi. Hətta London təmsilçisi onunla bağlı “Sportinq”lə razılaşmaya yaxın idi.

Qeyd edək ki, hücumçu 2023-cü ilin iyul ayında 24 milyon avroya İngiltərənin “Koventri” klubundan “Sportinq”ə transfer olunub. 

Cari mövsüm Viktor Gyökereş 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “Sportinq”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.

Namiq HUN

tag: Mançester Yunayted,Klub,Transfer,Futbolçu,Todaypress.tv,