Millimiz 5 finalçı ilə tarix yazmağa yaxındır

İdman

25.10.2025 10:09

Azərbaycanın 5 boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15  Avropa çempionatında finala vəsiqə qazanıb

TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin son günündə daha 3 boksçumuz adını finala yazdırıb.

Arda Fidanı (Türkiyə) (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən Nurlan Müseyibli (66 kq) Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. O, Evander Dikinsonla (İngiltərə) döyüşdə titulunu müdafiə edəcək.

Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. Milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda məğlub edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.

Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. Rəsulov qızıl medal uğrunda Serqiy Kotovski (Ukrayna) ilə döyüşəcək. 

Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) isə Avropa çempionatında bürünc medala sahib olublar.

Bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) isə  Yağmur Eryurtla (Türkiyə) rinqdə üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

tag: Boks,Final,Mükafat,Uğur,Todaypress.tv,