Medinanın "Damak"a keçidi yekunlaşır

İdman

03.09.2025 10:25

"Spartak" klubunun yarımmüdafiəçisi Xesus Medinanın Səudiyyə Ərəbistanının "Damak" klubuna keçidi üzrə danışıqlar yekun mərhələyə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Sport Ekspress" nəşrinə vəziyyətlə tanış mənbə məlumat verib.

Daha əvvəl mediada 28 yaşlı paraqvaylı futbolçunun "Damak"a keçəcəyi barədə xəbərlər yayılmışdı.

"Medinanın "Spartak"dan "Damak"a transferi üzrə danışıqlar son mərhələdədir. Yaxın günlərdə futbolçu tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək", - deyə mənbə bildirib.

Qeyd edək ki, Medina 2023-cü ilin yayından "Spartak"ın heyətində çıxış edir. Klubda keçirdiyi 58 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib. Bu mövsümdə isə hələlik meydanda görünməyib.

Töhfə Səməd

TodayPress TV 

tag: Spartak,Xesus Medina,Səudiyyə Ərəbistanı,Damak,Todaypress.tv,