MDB Oyunları: Stolüstü tennisçilərimiz gümüş medal qazandılar
İdman
27.09.2025 11:30
III MDB Oyunları çərçivəsində Qəbələdə keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.
TodayPress TV xəbər verir ki, hər iki komanda Rusiya millisinə uduzub.
Heyəti Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərovadan ibarət qızlardan ibarət stolüstü tennis seçməmiz komanda yarışlarının final matçında şimal qonşumuza 0-2 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Heyəti Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət oğlanlardan ibarət stolüstü tennis seçməmiz də komanda yarışlarının final matçında Rusiya kollektivini üstələyə bilməyib 0-2.
Qeyd edək ki, stolüstü tennisçilərimiz bu gün həmçinin Qəbələ Olimpiya Kompleksində fərdi yarışın 1/4 final görüşlərində raketka oynadacaqlar.
III MDB Oyunlarında stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Namiq HUN
tag: III,MDB,Oyunları,Stolüstü Tennis,Todaypress.tv,
