Sərbəst güləşçilərimiz dünya çempionatına üç medalla başladı
İdman
15.09.2025 09:30
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, mundialın ikinci günündə sərbəst güləş millimiz 1 gümüş və 2 bürünc medal qazanıb.
Giorgi Meşvildişvili (125 kq) finalda iranlı Amir Zareylə qarşılaşıb. Güləşçimiz rəqibinə məğlub olaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu və ukraynalı rəqiblərinə tam üstünlüklə qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimi “tuş”la üstələyərək dünya üçüncüsü olub.
Təsəlliverici görüşdə ukraynalı rəqibinə qalib gələn Arseniy Djioyev (86 kq) isə üçüncü yer uğrunda mübarizədə fransalı Raxim Maqamadovu da yenərək mundialın bürünc medalını boynundan asıb.
Namiq HUN
tag: Güləş,Çempionat,Medal,Start,Todaypress.tv,