Cüdo millisi Avropa kubokunun qalibi oldu

İdman

23.06.2025 09:00

Gənc çüdoların Almaniyada keçirilən Avropa kuboku turniri başa çatıb.

TodayPress TV xəbər verir ki, Berlin turnirindən kişi cüdo yığmasının qazancı 9 medal olub. 

Avropa kuboku turnirinin qızıl medalı 90 kq cəki dərəcəsində yarışan Tuncay Şamilin aktivindədir. O, finalda komanda yoldaşı Aslan Kotsoyevə qalib gəlib.

Cüdoçularımızdan Nihad Məmişov (60 kq), Mehdi Musayev (66 kq) və Abil Yusubov (73 kq) da Berlin turnirinin gümüş medallarına sahib olublar. 

Nizami İmranov (66 kq), Mehdi Cəfərov (73 kq), Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədovun (+100 kq) isə Avropa kuboku turnirindən qazançı bürünc medal olub.

Medalların əyarına görə Azərbaycan kişi yığması 34 ölkə arasında birinci yeri tutub. Ümumi komanda hesabında isə millimiz Fransa və Almaniyadan sonra üçüncü olub.

Namiq HUN

tag: İdman,Cüdo,Azərbaycan , Nihad Məmişov, Mehdi Musayev ,Todaypress.tv,