MDB Oyunları: Batut gimnastikası millisi yarışı 6 medalla başa vurdu
İdman
04.10.2025 09:30
Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar keçirilib.
TodayPress TV xəbər verir ki, Oyunlarda 7 ölkədən 43 gimnast fərdi, sinxron və komanda proqramlarında qələbə uğrunda mübarizə aparıb.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, gimnastlarımız 6 proqram üzrə finala vəsiqə qazanıb: kişilər və qadınların fərdi proqramında, kişilərin komanda yarışında, kişi və qadın cütlüklərin sinxron çıxışında, həmçinin qarışıq sinxron proqramda.
Kişilər arasında komanda hesabında gimnastlarımız gümüş medal əldə ediblər.
Fərdi proqramda milli komandamızın üzvü Maqsud Mahsudov qızıl medal, Selcan Mahsudova isə bürünc medalın sahibi olub.
Qadınlar arasında sinxron proqramda Selcan Mahsudova və Şəfiqə Hümbətova bürünc, kişilər arasında isə Maqsud Mahsudov və Hüseyn Abbasov dueti üçüncü yeri tutub.
Selcan Mahsudova və Maqsud Mahsudov ibarət qarışıq cütlükdə isə gimnastlarımız gümüş medala layiq görülüblər.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
