"Mançester Siti" "Çelsi"ni məğlub etdi

İdman

12.04.2026 23:54

İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Siti" futbol klubu "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib.

TodayPress TV xəbər verir ki, görüş Londonda baş tutub.

"Mançester Siti"nin heyəytində qolları Niko O'Rayli (51-ci dəqiqə), Mark Qehi (57) və Ceremi Doku (68) vurublar.

"Mançester Siti" 31 oyundan sonra 64 xalla turnir cədvəlində ikinci yerdədir. Çempionatın lideri "Arsenal" 32 oyundan 70 xalla liderdir.

TodayPress TV

tag: İngiltərə,Mançester Siti,Çelsi,PL,Todaypress.tv,