Luis Enrike: “Tarix yazmağa davam etmək istəyirik”

İdman

16.08.2025 16:30

PSJ klubunun baş məşqçisi əsas məqsədinin ardıcıl iki Çempionlar Liqası turnirini qazanmaq olduğunu bildirib. 

TodayPress TV “RMC Sport”a istinadən xəbər verir ki, Paris təmsilçisinin ispaniyalı çalışdırıcısı yeni mövsümdə qarşısına qoyduğu hədəflərdən danışıb.

“Tarix yazmağa davam etmək istəyirik. Buraya gəldiyim ilk gündən məqsədim bu olub. İndiyədək buna nail ola bilmişik, amma Çempionlar Liqasını ardıcıl iki dəfə qazanmaq çox çətindir. Buna baxmayaraq, məqsədimiz budur. Biz çox iddialıyıq. Bunun çətin olacağını bilirik, amma belə bir mentalitet üçün bu, tamamilə normaldır. Hər şey bizdən və oyun səviyyəmizdən asılı olacaq”, – Enrike deyib.

Xatırladaq ki, son mövsümdə PSJ Çempionlar Liqasının finalında “İnter”ə (5:0) qalib gəlib. Klub həmçinin Fransa çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

Namiq HUN

tag: PSJ,Luis Enrike,Klub,Məşqçi,Todaypress.tv,