MDB Oyunları: Azərbaycanlı güllə atıcıları üç medal qazandılar

İdman

06.10.2025 17:56

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən güllə atıcılığı üzrə yarışlar başa çatıb. 

TodayPress TV xəbər verir ki, Azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb.

Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda isə üçüncü olub. 

Qeyd edək ki, daha əvvəl Xanna Əliyeva III MDB Oyunlarının gümüş medalını qazanıb.

Nəticədə güllə atıcılarımızın multi-idman oyunlarından qazancı üç medal olub. 

Namiq HUN

TodayPress TV

tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,

photo