Lauri Markkanen dünya yığmasının start beşliyini açıqladı

İdman

19.09.2025 16:26

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) “Utah Jazz” klubunun forvardı və Finlandiya yığmasının lideri Lauri Markkanen Ulduzlar Oyununun (All-Star) yeni formatı barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Basket News” nəşri məlumat yayıb.

“Öz ölkəni və ya bu halda bütün dünyanı təmsil etmək həmişə qürurvericidir. Düşünürəm ki, bu, maraqlı format olacaq. Ümid edirəm ki, mən də bunun bir hissəsi ola biləcəyəm. Məqsədim Ulduzlar Oyununa qayıtmaqdır. Dünya yığmasının start beşliyi Nikola Yokic, Yannis Adetokunbo, Luka Donçiç, Viktor Vembanyama və Şey Gilcəs-Aleksander kimi ulduz basketbolçulardan ibarət olmalıdır.

Qalan yerlər uğrunda ciddi mübarizə olacaq. Avropada çoxlu istedad var. Məsələn, Frants Vaqner onlardan biridir. Pis seçimlər yoxdur. Bu, həqiqətən güclü oyunçulardan ibarət siyahıdır və hər şey komandanın uğurundan, mövsümdə necə çıxış etməsindən asılı olacaq. Ona görə də belə formatda ABŞ komandaları ilə yarışmaq maraqlı olacaq”, — deyə Markkanenin bildirib. 

Namiq HUN

TodayPress TV

tag: Lauri Markkanen,NBA,Basketbol,Oyun,Todaypress.tv,