Lamin Yamal: “Ronaldu əfsanədir, amma mən öz işimi görəcəyəm”
İdman
06.06.2025 11:10
İspaniya yığma komandasının 17 yaşlı hücumçusu Lamin Yamal UEFA Millətlər Liqasının finalında qarşılaşacaqları Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu haqqında fikirlərini bildirib.
TodayPress TV xəbər verir ki, futbolçunun sözlərini OK Diario yayıb.
Yamal portuqaliyalı hücumçuya böyük hörmət bəslədiyini vurğulayıb:
“Hamımız ona hörmət edirik. O, futbolun əfsanəsidir. Amma mən öz işimi görəcəyəm. Qalib gəlməyə çalışacağam”, – deyə Lamin bildirib.
Xatırladaq ki, İspaniya komandası yarımfinalda Fransa yığmasına qarşı oyunda (5:4) hesablı möhtəşəm qələbə qazanıb. Yamal həmin görüşdə dublla yadda qalıb. Portuqaliya isə Almaniya ilə oyundan (2:1) qalib ayrılıb. Oyunun taleyini Kriştianu Ronaldunun vurduğu qələbə qolu həll edib.
Portuqaliya – İspaniya milliləri arasında final qarşılaşması 8 iyun tarixində “Münhen Arena” stadionunda keçiriləcək.
Namiq HUN
tag: Lamin Yamal,Ronaldo,Barselona,Klub,Todaypress.tv,