Karl-Haynts Rummenigge: “UEFA həqiqi irəliləyişə nail oldu”

İdman

16.09.2025 15:34

“Bavariya” klubunun müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge UEFA-nın Çempionlar Liqasında qrup mərhələsinin əvəzinə tətbiq etdiyi ümumi mərhələ formatını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə Bayern & Germany məlumat  yayıb. 

“Növbəti mövsümdən tətbiq edilən Çempionlar Liqasının yeni formatı açıq-aşkar irəliləyişdir. Köhnə qrup mərhələsində çox vaxt hər şey artıq 4-cü turdan sonra həll olunurdu. “Bavariya” müntəzəm olaraq növbəti mərhələyə çıxırdı və bir-iki mənasız oyun qalırdı.

Mən ilk növbədə futbol azarkeşiyəm. Ötən mövsüm “Bavariya”, “Real Madrid”, “Mançester Siti” və PSJ kimi dörd top-komandanın pley-off mərhələsindən keçməyə məcbur olması bu formatın nə qədər maraqlı olduğunu sübut etdi.

Böyük klublar başa düşdülər ki, ilk səkkizliyə düşmək üçün startdan maksimum güc sərf etmək lazımdır, çünki bunu hamı istəyir. Bir il əvvəl bu format yenilik idi, bəzi top-klublar bir-iki oyuna daha sakit yanaşırdılar. İndi isə açıq-aşkar tərəqqi gözləyirəm. Azarkeşlər üçün qrup mərhələsi indi daha emosional olub. Onlar daim telefonlarına baxırlar: “Bavariya” haradadır? “Real Madrid” haradadır? UEFA həqiqi irəliləyişə nail olub”, - deyə  Rummenigge bildirib.

Namiq HUN

TodayPress TV

tag: Karl-Haynts Rummenigge,UEFA,Çıxış,Açıqlama,todaypress.tv,