İsrail klubları evə qayıdır
İdman
21.10.2025 13:50
İsrail basketbol klubları “Makkabi” və “Hapoel” 1 dekabr tarixindən etibarən Avroliqadakı ev oyunlarını yenidən Təl-Əvivdə keçirə biləcəklər.
TodayPress TV Sport5.co.il-ə istinadən xəbər verir ki, qərar liqa klublarının iclasında qəbul edilib.
Bildirilib ki, qərarın verilməsinə İsrail və Fələstin arasında bağlanmış atəşkəs razılaşması imkan yaradıb.
Bununla belə, oyunların dərhal bərpa olunmasından söhbət getmir. Avroliqa rəhbərliyi atəşkəsin sabitliyini qiymətləndirmək və komandalarla oyunçular üçün əlavə təhlükəsizlik təminatları almaq istəyir. Həmçinin bildirilir ki, “Makkabi” klubunun reputasiyası bu prosesin müsbət nəticələnməsində mühüm rol oynayıb.
Qeyd edək ki, təhlükəsizlik səbəbindən İsrail komandaları son vaxtlar ev oyunlarını ölkə xaricində - Serbiya və Bolqarıstanda keçirirdilər.
Namiq HUN
tag: İsrail,Basketbol,Makkabi,Hapoel,Todaypress.tv,
