Cervonta Devis məişət zorakılığı ittihamı ilə həbs edildi

İdman

12.07.2025 18:45

WBA yüngül çəkidə dünya çempionu Cervonta Devis Mayamidə məişət zorakılığı ilə bağlı ittihamlarla həbs olunub.

TodayPress TV BBC-yə istinadən xəbər verir ki, 30 yaşlı boksçunun iyunun 15-də keçmiş sevgilisini - iki övladının anasını döydüyü iddia olunur.

Məlumata görə, Devis sonradan 10 min dollar girov qarşılığında azadlığa buraxılıb. Məhkəmə iclası iyulun 29-na təyin edilib.

Bu, Devisin məişət zorakılığı ilə bağlı üçüncü həbsi sayılır. Bundan əvvəlki hadisələr 2020 və 2022-ci illərdə baş verib. O, həmçinin 2023-cü ildə Baltimorda 2020-ci ildəki yol qəzası hadisəsi ilə bağlı ev dustaqlığı şərtlərini pozduğu üçün 44 gün həbsdə olub.

Qeyd edək ki, hüquqi problemlərə baxmayaraq, Devis peşəkar rinqdə məğlubiyyətsizdir – 31 döyüşdə uduzmayıb. Onun son döyüşü mart ayında Lamont Roach Jr ilə mübahisəli heç-heçə ilə nəticələnmişdi. Tərəflər arasında avqustda revanş görüşü planlaşdırılıb.

tag: Cervonta Devis,Çempion,İttiham,Həbs,Todaypress.tv,