“İndiana Peysers” NBA finalının ilk oyununda dramatik qələbə qazandı
İdman
06.06.2025 10:00
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-offunun final mərhələsinin ilk oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, “Oklahoma Siti Tander” və “İndiana Peysers” komandaları arasında baş tutan görüşdə qonaq komanda 111:110 hesabı ilə qalib gəlib.
“İndiana Peysers” komandası seriyada 1:0 önə keçib.
“Oklahoma”nın heyətində Şey Gilces-Aleksander 38 xal, 5 ribaund, 3 assistlə yadda qalıb.
“İndiana”nın heyətində isə Paskal Siaqam 19 xal, 10 ribaund, 3 assistlə diqqət çəkib. Onun komanda yoldaşlarından Obi Toppin 17, Maylz Törner 15, Tayris Halibörtonla Endrü Nembard 14 xalla “İndiana”nın qələbəsində pay sahibi olublar. Məhz oyun qurucusu Halibörtonun qələbə gətirən zərbəsi “İndiana”ya finalın ilk oyununda üstünlük qazandırıb.
Final seriyasının ikinci qarşılaşması iyunun 9-da Oklahoma-Sitidə baş tutacaq.
Namiq HUN
tag: ABŞ,NBA,Oyun,Komanda,Todaypress.tv,