Hemilton MotoGP-də komanda alacaq?
İdman
09.09.2025 17:50
Yeddiqat “Formula-1” çempionu və “Ferrari” pilotu Lyuis Hemilton “Cadillac” sahiblərinin dəstəyi ilə MotoGP çempionatında komanda almaq imkanlarını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Autosport məlumat yayıb.
Bu addımın Liberty Media-nın seriyanı satın almasından sonra gözlənilən inkişafla bağlı olduğu bildirilir. Hemilton satışa çıxarıla biləcək dörd özəl komandanı araşdırır.
Bir komanda direktoru bildirib:
“Hemiltonu və Ferstappenı təmsil edən tərəflər bütün özəl komandalarla əlaqə saxlayaraq onların alınmasına maraq göstəriblər”.
“Formula-1”də “Cadillac” komandasının sahibi olan TWG Motorsports Hemiltonun MotoGP-yə daxil olmaq niyyətini dəstəkləyir.
Qeyd edək ki, daha əvvəl MotoGP-də komanda almaq istəyini Maks Ferstappen də ifadə edib. Hazırda “Tech3” ilə bağlı müqavilə variantı istisna olunub, “Honda”, “Yamaha”, “Ducati”, KTM və “Aprilia” kimi zavod komandaları isə satışa çıxarılmır.
Namiq HUN
tag: Lyuis Hemilton,Ferrari,Formula 1,Çempion,Todaypress.tv,
 
        
 
                                ![“Nyukasl” [[Şeşkonu]] transfer etməkdə israrlıdır](/uploads/news/689194e335185.webp) 
                                            ![[[Koul Palmer:]] “Dayım “Flamenqo”ya qol vurmağımı xahiş etdi”](/uploads/news/6855446fbc5a0.webp) 
                                            ![[[Mıktıbek Oralbay:]] “İstənilən ssenariyə hazıram”](/uploads/news/6852899a36eb9.webp) 
                                            ![İngiltərə klubu [[yeni baş məşqçisini açıqladı]]](/uploads/news/68f74553e3b4d.webp) 
                                            ![Təcrübəli əlcək sahibi [[futbolla]] vidalaşdı](/uploads/news/682c636b52a77.webp) 
                                            ![[[Santuş üçün "son zəng" çalındı:]] Mənasız qərar, milyonlarla təzminat...](/uploads/news/68bfdc9e0e1e1.webp) 
                                            ![Lekler [[Sinqapur, Bakı və Las Veqas mərhələlərini]] seçdi](/uploads/news/68c96c87d6174.webp) 
                                            ![İdmançı [[Dünya Oyunlarında]] vəfat etdi](/uploads/news/689adc844c9f9.webp) 
                                            ![Velosipedçimiz Qazaxıstanda [[bürünc medal]] qazandı](/uploads/news/6827635c8f212.webp) 
                                            ![Tomas Parti [[azadlığa]] buraxıldı](/uploads/news/6891e00424ff0.webp) 
                                            