Larin "Valensiya" yolunda
İdman
25.07.2025 17:07
İspaniyanın La Liqa təmsilçilərindən "Mayorka", kanadalı hücumçu Sayl Larin ilə yollarını ayırmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, klub daxilində son dövrlər baş verən hadisələr fonunda "Valensiya"nın futbolçunun vəziyyətini yaxından izlədiyi və onu transfer siyahısına daxil etdiyi bildirilib.
Mövsümün son mərhələsində klubla oyunçu arasında müəyyən narazılıqlar yaşandığı və bu səbəbdən münasibətlərin zəiflədiyi açıqlanıb. Məlumata görə, Sayl Larin "Mayorka"dan ayrılmaq niyyətindədir, lakin karyerasını İspaniyada davam etdirməkdə qərarlıdır.
İspaniya mətbuatında yer alan xəbərlərə əsasən, "Valensiya" Sayl Larinlə rəsmi təmaslara başlayıb. Futbolçunun La Liqada qalmaq istəyi bu transferi mümkün edən əsas amillərdən biri kimi göstərilir. Görüşlərin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Töhfə Səməd
tag: İspaniya,Mayorka,Sayl Larin,Valensiya,Todaypress.tv,