Hemilton komanda tarixində yeni antirekorda imza atdı
İdman
20.10.2025 13:56
“Ferrari”nin pilotu Lyuis Hemilton İtaliya komandası üçün yeni antirekordun müəllifi olub.
TodayPress TV xəbər verir ki, britaniyalı pilot “Formula-1” üzrə ABŞ Qran-prisində yarışı dördüncü pillədə başa vurub.
O, “Skuderiya” ilə ardıcıl 19-cu yarışını podiumsuz bitirib.
Ona qədər oxşar göstərici fransalı pilot Didye Pironiyə məxsus olub. O, 1981–1982-ci illərdə “Ferrari”də çıxış edib və yalnız 19-cu yarışında - San-Marino Qran-prisində qalib gələrək podiuma qalxıb. Hemilton isə artıq bu göstəricini arxada qoyaraq “Ferrari” ilə daha çox yarış keçirib, amma hələ də mükafatçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, ABŞ Qran-prisində qələbəni “Red Bull”dan Maks Ferstappen bayram edib. “McLaren”in pilotu Lando Norris ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü yeri tutub.
Namiq HUN
tag: Ferrari,Lyuis,ABŞ,Qran-pri,Todaypress.tv,
