Cüdo millisi multi-idman oyunlarında yarışacaq
İdman
23.10.2025 13:55
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçuların siyahısı açıqlanıb.
TodayPress TV xəbər verir ki, noyabrın 8-10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı beş kişi və yeddi qadın cüdoçu təmsil edəcək.
Millimiz turnirə performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında yollanacaq.
Milli komandanın heyəti:
Kişilər
Ruslan Paşayev (66 kq)
Hidayət Heydərov (73 kq)
Elcan Hacıyev (90 kq)
Zelim Kotsoyev (100 kq)
Uşanqi Kokauri (+100 kq)
Qadınlar
Könül Əliyeva (48 kq)
Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (52 kq)
Fidan Əlizadə (57 kq)
Südabə Ağayeva, Aytac Qardaşxanlı (70 kq)
Günel Həsənli (78 kq)
tag: Cüdo,Milli,Kişilər,Qadınlar,Todaypress.tv,
