Güləş üzrə U20 Avropa çempionatı - bu gün bir gümüş və iki bürünc medal
İdman
06.07.2025 22:39
İtaliyanın Kaorle şəhərində güləş üzrə U20 Avropa çempionatı keçirilib.
TodayPress TV xəbər verir ki, bu gün mübarizəni sərbəst güləşçilər davam etdiriblər.
Azərbaycan idmançısı Omar Gülməmmədov 74 kq çəki dərəcəsində ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.
Anar Cəfərli də 92 kq çəki dərəcəsində gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabı ilə məğlub edərək U20 Avropa çempionatının bürünc mükafatçısı olub.
Yusif Dursunov 125 kq çəki dərəcəsində finalda rusiyalı İnal Qaqloyevə (UWW) 0:11 hesabıyla uduzaraq gümüş medal qazanıb.
Digər təmsilçilərimizdən Bəşir Verdiyev (61 kq) və Məhəmməd Abbaszadə (86 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olublar.
tag: İtaliya,U20 Avropa çempionat,Sərbəst güləş,Gümüş medal,Bürünc medal,İdman,TodayPress TV,