Şeşko “Mançester Yunayted”in radarına düşdü

İdman

02.08.2025 16:30

“Mançester Yunayted” klubu “Leypsiq”in 22 yaşlı sloveniya millisinin hücumçusu Benyamin Şeşkonun transferi üçün danışıqlara başlayıb. 

TodayPress TV "Manchester Evening News" nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin dəyəri təxminən təxminən 90 milyon avro ola bilər.

Bildirilir ki, Şeşko ilə maraqlanan digər Premyer Liqa təmsilçisi “Nyukasl” artıq bu transfer yarışında uduzduğunu qəbul edib. Klub onu isveçli hücumçu Aleksander İsak üçün potensial əvəzləyici kimi nəzərdən keçirirdi.

“Mançester Yunayted” rəhbərliyi transferi maliyyə baxımından reallaşdırıla biləcəyinə əmindir.

Qeyd edək ki, Benyamin Şeşko son mövsüm bütün turnirlərdə 45 oyuna çıxaraq 21 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun “Leypsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən, forvardın hazırkı bazar dəyəri 70 milyon avro təşkil edir.

Namiq HUN

tag: Benyamin Şeşko,Mançester Yunayted,Klub,Transfer,Todaypress.tv,