“Formula 1” pilotu səfir oldu
İdman
14.08.2025 15:21
Oskar Piastri xərçəng xəstəsi uşaqlar üçün yaradılmış xeyriyyə fondunun səfiri oldu.
Formula-1 üzrə “Mclaren” komandasının avstraliyalı pilotu Oskar Piastri xərçəng xəstəsi olan uşaqlara yardım göstərən My Room xeyriyyə fondunun səfiri təyin edilib.
TodayPress TV xəbər verir ki, Avstraliya Qran-Prisində Kruzi adlı uşaqla tanışlıq Piastriyə xeyriyyəçiliyin əhəmiyyətini daha dərindən anlamağa kömək edib:
“Hər cür xərçəng çox ağır xəstəlikdir, xüsusilə də uşaqlar üçün. Buna görə qürurla deyə bilərəm ki, My Room fondunun səfiri oluram. Məqsədimiz mümkün qədər çox vəsait toplamaq, həmçinin uşaqları dəstəkləmək və xərçəng probleminə diqqət çəkməkdir”.
Oskar, sosial şəbəkələrdə yayımladığı videoda fondla əməkdaşlığa başlamağı səbirsizliklə gözlədiyini vurğulayıb.
Namiq HUN
tag: Oskar Piastri,Formula 1,Səfir,Pilot,Todaypress.tv,