Eltac Səfərli bütün həmkarlarını qabaqladı

İdman

15.10.2025 11:00

Gürcüstanın Batumi şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatının bağlanış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə komandalarla yanaşı, lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub. 

Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb. Qrossmeysterimiz 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan Gülnara çempionatın bürünc medalı təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Namiq HUN

TodayPress TV

tag: Eltac Səfərli,Şahmat,Oyun,Turnir,Todaypress.tv,

photo
photo