“Edmonton Oylerz” Stenli Kubokunun finalına yüksəldi

İdman

30.05.2025 10:54

ABŞ Milli Hokkey Liqasının (NHL) Stenli Kuboku uğrunda pley-off mərhələsinin yarımfinalında “Edmonton Oylerz” “Dallas Starz” üzərində 6:3 hesablı qələbə qazanaraq seriyada 4:1 üstünlük əldə edib və finala yüksəlib. 

TodayPress TV xəbər verir ki, “American Airlines Center”də baş tutan qarşılaşmanın qəhrəmanı Konor Makdevid olub. 

O, komandası üçün həlledici qola imza ataraq “Oylerz”in finala çıxmasında mühüm rol oynayıb.

Kanada təmsilçisinin heyətində Kori Perri, Mattias Yanmark, Ceff Skinner, Konor Makdevid, Evander Keyn və Kasperi Kapanen fərqləniblər. “Dallas Starz”ın heyətində isə Ceyson Robertson dubl edib və Roop Hintz qapını dəqiqi nişan alıb. 

Qeyd edək ki, finalda “Edmonton Oylerz”in rəqibi Şərq Konfransının qalibi “Florida Panterz” olacaq. “Panteralər” bir gün əvvəl “Karolina Harrikeynz” üzərində seriyanı 4:1 hesabı ilə qazanaraq finala yüksəliblər.

Namiq HUN

tag: ABŞ,Hokkey,Yarış,Komanda,Todaypress.tv,