Gürcüstanlı ağırlıqqaldıranlar diskvalifikasiya edildilər
İdman
09.10.2025 13:51
İdman Arbitraj Məhkəməsi (CAS) gürcüstanlı ağırlıqqaldıranlar Revaz Davitadze və Qurami Qiorbelidzeni antidopinq qaydalarını pozduqlarına görə yarışlardan kənarlaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ağırlıqqaldıranların nümunələrində ostarin metabolitləri aşkar edilib. Hər iki idmançı 4 il müddətinə diskvalifikasiya olunub.
Revaz Davitadze 2029-cu il sentyabrın 29-dan, Qurami Qiorbelidze isə 2028-ci il sentyabrın 3-dən gec olmayaraq idmana qayıtmaq hüququ qazanacaq.
Davitadze CAS-ın qərarından sonra 2024-cü il dünya çempionatının vitse-çempionluğundan və 2025-ci il Avropa çempionatının gümüş medalından məhrum olunub.
Qiorbelidzenin isə 2023-cü ildə gənclərin Avropa çempionatında qazandığı qızıl, 2024-cü ildə isə kişilər arasında layiq görüldüyü analoji yarışın gümüş medalı əlindən alınıb.
Namiq HUN
tag: İdman,TASS,Revaz,
