Didye Deşam: “Qarabağ”ın 7 futbolçusundan ehtiyat edirəm”

İdman

09.10.2025 16:31

Azərbaycan millisinin heyətində UEFA Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var.

TodayPress TV xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam bu sözləri mətbuat konfransında deyib.

O, əsas məqsədin qələbə qazanmaq olduğunu bildirib:

“Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu var. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq”.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin Parisdə keçiriləcək Fransa - Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: Didye Deşam,Fransa,Azərbaycan,Futbol,Todaypress.tv,