“Makkabi” və “Hapoel”in Avroliqada iştirakı sual altındadır

İdman

29.09.2025 16:28

Avroliqa 2025/2026 mövsümündə İsrail klublarını yarışdan uzaqlaşdıra bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "Basket News" məlumat yayıb. 

Bildirilir ki, Avroliqanın baş direktoru Paulyus Motejunas İsraillə Fələstin arasında davam edən siyasi gərginliyin Təl-Əviv təmsilçiləri “Makkabi” və “Hapoel”in yeni mövsümdə turnirdə iştirakına təsir göstərə biləcəyini istisna etməyib.

“Bu çətin məsələdir və biz həmişə siyasətdən uzaq durmağa çalışırıq. Aydındır ki, vəziyyəti inkişaf etdikcə təhlil edirik. Belə hallara yanaşmamız digər idman liqalarının və təşkilatlarının nümunəsinə uyğun olub. Ona görə də vəziyyəti izləməyə və uyğun şəkildə reaksiya verməyə davam edəcəyik. UEFA və ya digər idman qurumları qərar verən kimi biz də klublarla bu mövzunu müzakirə edəcəyik. Ən önəmlisi isə komandaların, oyunçuların və azarkeşlərin təhlükəsizliyidir”, – deyə Motejunas fikirlərini bölüşüb. 

Namiq HUN

TodayPress TV 

tag: Makkabi,Hapoel,Uefa,İsrail,Todaypress.tv,