Veteran hokkeyçi NHL-i “qanlı yarış” adlandırdı
İdman
09.10.2025 14:31
Çexiyalı sabiq qapıçı Dominik Haşek yeni ABŞ Milli Hokkey Liqası (NHL) mövsümünün startı ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, “X” sosial şəbəkəsində rusiyalı hokkeyçilərin turnirdə iştirakını kəskin tənqid edib.
“Bütün xokkey azarkeşlərinə və sadəcə insanlara müraciət edirəm. Bu həftə NHL-in yeni mövsümü başladı. Təəssüf ki, NHL bir daha rusiyalı oyunçulara xüsusi hərbi əməliyyatı (SVO) rəsmi şəkildə pisləməyə icazə vermədi. Buna görə də hər dəfə rusiyalı hokkeyçi buz üzərinə çıxanda, bu, həmin əməliyyatın böyük bir reklamına çevrilir.
NHL-in mövcud mövqeyi səbəbindən bu və gələn il çoxlu sayda insan həlak olacaq və yaralanacaq. Vacibdir ki, təkcə hokkey azarkeşləri deyil, bütün dünya bu qanlı yarış haqqında bilsin və münasibətini buna uyğun formalaşdırsın,” – deyə Haşek yazıb.
Namiq HUN
tag: Dominik Haşek,Çexiya,Qapıçı,NHL,Todaypress.tv,
