Danimarka nağılı davam edir
Hokkey üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları da sürprizsiz ötüşməyib.
TodayPress TV xəbər verir ki, mərhələnin gözlənilməz nəticəsi Kanada - Danimarka matçında qeydə alınıb.
Uzun müddət hesabda öndə olan kanadalı hokkeyçilər sonda sayıqlığı itirərək (1:2) məğlubiyyətlə barışmalı olublar. Danimarka nağılı davam edir.
İsveçrə isə mundialın ikinci sürpriz komandası olan Avstiya ilə qarşılaşmada çətinlik çəkməyib 6:0.
Son çempion Çexiya İsveçə (2:5) uduzub.
Çempionatın favorit komandalarından biri sayılan ABŞ isə Finlandiyanı (5:2) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, hokkey üzrə dünya çempionatında yarımfinal mərhələsinin oyunları mayın 24-də keçiriləcək. Finala aparan yolda İsveç ABŞ-lə, İsveçrə isə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək.
Namiq HUN
tag: Danimarka,Hokkey,Klub,Oyun,Todaypress.tv,