"Çelsi"nin klublararası DÇ-dən əldə etdiyi gəlir açıqlandı

İdman

14.07.2025 10:28

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, final oyununda İngiltərə "Çelsi"si Fransanın PSJ klubu 3:0 hesabı ilə məğlub edərək çempion olub.

"Zadəganlar" yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.

“The Athletic” nəşrinin məlumatına görə, “Çelsi” mundialdan 114,6 milyon dollar gəlir əldə edib. Bunun 29 milyon dolları turnirdə iştirak üçün, 86,5 milyon dolları isə mükafat gəliridir.

İlk 10-luğa həmçinin PSJ (Fransa, 106,9 milyon), "Real Madrid" (İspaniya, 82,5), "Fluminense" (Braziliya, 60,8), "Bavariya" (Almaniya, 58,2), "Borussiya Dortmund" (Almaniya, 52,3), "Mançester Siti" (İngiltərə, 51,7), "Palmeyras" (Braziliya, 39,8), "İnter" (İtaliya, 36,8) və "Əl-Hilal" (Səudiyyə Ərəbistanı, 34,2) daxil olub.

Ən az qazanan komanda Yeni Zelandiyanın "Oklend Siti" kollektivi olub - 4,6 milyon.

(Teleqraf)

tag: Klublararası,DÇ,Oyun,Futbol,Todaypress.tv,