Klublararası DÇ: Pley-off mərhələsinin ilk 8 komandası bəlli oldu

İdman

24.06.2025 09:00

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında pley-off mərhələsinə vəsiqə qazanan ilk səkkiz komanda müəyyənləşib.

TodayPress TV 1/8 final mərhələsinə yüksələn komandaları təqdim edir:

Bunlar mundialda Braziliyanı təmsil edən “Flamenqo”, “Palmeyras” və “Botafogo”, Almaniya nəhəngi “Bavariya”, UEFA Çempionlar Liqasının qalibi, Fransanın PSJ klubu, İngiltərədən “Mançester Siti”, İtaliyanın “Yuventus”u və ABŞ təmsilçisi “İnter Mayami”dir.

Pley-offun digər səkkiz iştirakçısı daha sonra keçiriləcək oyunlardan sonra bəlli olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı iyulun 13-dək keçirilir.  Yarışda iştirak edən 32 komanda hərəsində dörd komanda olmaqla səkkiz qrupa bölünüb. Hər qrupdan ilk iki yerin sahibi növbəti mərhələyə yüksəlir.

Namiq HUN

tag: DÇ,ABŞ,Komanda,Klub,Todaypress.tv,