“Nottingem Forest”dən qovulan Nunu Santu “Vest Hem”i qəbul edir
İdman
27.09.2025 15:17
Portuqaliyalı mütəxəssis Nunu Eşpiritu Santu “Vest Hem”lə müqavilə şərtlərini razılaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Ben Ceykobs" sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, mövsümün ortasında “Nottingem Forest”dən qovulan məşqçi artıq “çəkicdöyənlər”i Premyer Liqanın VI turunda səfərdə “Everton”a qarşı oyuna çıxara bilər.
“Vest Hem” klubunun rəhbərliyi mövsümə uğursuz başlayan Qrem Potterin istefaya göndərildiyini açıqlayıb. Onun rəhbərliyi altında komanda cari mövsüm keçirdiyi altı oyunun beşində məğlub olub.
Xatırladaq ki, Potter “Vest Hem”in baş məşqçisi vəzifəsinə 2025-ci ilin yanvarında gətirilmişdi. Premyer Liqanın ilk beş turundan sonra klub cəmi üç xal toplayaraq turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və düşmə zonasındadır.
Namiq HUN
tag: İdman,Futbol,Santu,Vest Hem,Forest,Todaypress.tv,
